...

Almaniya enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır - Səfir

İqtisadiyyat Materials 25 May 2022 17:56
Almaniya enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır - Səfir

Trend-i buradan izləyin

Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya enerji tərəfdaşlarının şaxələndirilməsində maraqlıdır və Azərbaycan bu baxımdan vacib rol oynayacaq.

Bunu Trend-ə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

"Almaniyanın "Uniper" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) əməkdaşlıq barədə sazişin müddətini uzadıb. Ümumiyyətlə, Almaniya bu sektorda Azərbaycanla münasibətlərin inkişafında çox maraqlıdır", - səfir deyib.

O qeyd edib ki, Almaniyanın İqtisadiyyat və İqlim Dəyişiklikləri ilə Mübarizə Nazirliyinin baş direktorunun iyunun əvvəlində keçiriləcək "Xəzər Neft-Qaz" beynəlxalq sərgisində iştirak etmək üçün Bakıya səfəri gözlənilir.

Səfir əlavə edib ki, Almaniya enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır, amma iqlim dəyişikliyi və enerji səmərəliliyi barədə də unutmaq olmaz. Onun fikrincə, atmosferə karbon qazı tullantılarının azaldılması üçün tədbirlər görmək lazımdır.

"Məsələn, Almaniyanın "Siemens" şirkəti SOCAR üçün buxar turbini quraşdırb ki, bu da tullantıların azalmasına töhfə verib. Biz şadıq ki, Azərbaycan da enerji səmərəliliyinə və "yaşıl" iqtisadiyyata can atır", - V.Maniq vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti