...

Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib

İqtisadiyyat Materials 26 May 2022 20:34 (UTC +04:00)
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artıb.

Ölkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil etmişdir.

2022-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 56,7 faizi hava, 40,6 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti