Bakı. Trend:
İyunun 16-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.
Bu barədə Trend-ə bankın mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, görüş zamanı sığorta bazarının problemləri və sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.
"Görüşün yekununda ictimaiyyətə ətraflı məlumat veriləcək", - bankdan bildiriblər.
Xatırladaq ki, kiçik həcmli mühərrikli nəqliyyat vasitələrinin sahibləri bir müddət əvvəl avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası ilə bağlı problemlərlə üzləşmişdi.