...

KOBİA və İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası arasında görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 13 İyun 2022 13:31 (UTC +04:00)
KOBİA və İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası arasında görüş keçirilib (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heygi arasında növbəti görüş keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, onlayn formatda təşkil olunmuş görüşdə palatanın fəaliyyətinin genişləndirilməsi, palataya hər iki ölkədən şirkətlərin cəlb olunması, eləcə də iş adamlarının iştirakı ilə birgə tədbirin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İsveçrədəki Səfirliyinin nümayəndəsi və “İSR Holding”in baş direktoru Rauf Xəlilov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti