Bakı. Trend:
Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) və Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Kamal Koloğlunun başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkiyə nümayəndə heyəti ilə görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parklarına və məhəllələrinə investisiyaların yatırılması, Türkiyədən olan yükdaşıyıcıların Azərbaycanın əlverişli nəqliyyat-tranzit imkanlarından daha çox faydalanması kimi məsələlər müzakirə olunub.