...

Postmüharibə dövründə göstərilən sosial dəstək tədbirləri açıqlanıb (FOTO)

İqtisadiyyat Materials 20 İyun 2022 16:23 (UTC +04:00)
Postmüharibə dövründə göstərilən sosial dəstək tədbirləri açıqlanıb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı və onun rifahı dayanıb. Vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Son illərdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının daha da genişləndirilməsi, eləcə də pensiya və müavinətlərdə ciddi artım, əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi, aztəminatlı ailələrə dövlət tərəfindən edilən yardımlar, sosial xidmətlərin şəffaf və operativ mexanizmlərinin yaradılması ölkədə bu sahədə ardıcıl və sistemli islahatların aparıldığını göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi artım sürətlənib, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilib, valyuta ehtiyatları artıb, iqtisadiyyata investisiya qoyuluşları yüksəlib, sahibkarlığa maliyyə dəstəyi artırılıb və sosial infrastrukturun yenidən qurulması, eləcə də digər proqramların uğurlu icrası davam etdirilib.

Trend xəbər verir ki, postmüharibə dövründə təqribən 100 min şəxsə 190 min xidmət göstərilib. 93 min nəfərə 104 min xidmət göstərilib. Postmüharibə dövründə 7 979 şəhid ailəsi üzvünə 15 943, 3 000 müharibə əlilinə 5 900, 81 856 müharibə veteranına 81 856 sosial ödəniş həyata keçirilib.

Həmin dövrdə mənzil və avtomobil təminatı ilə bağlı 11,7 min nəfərə 3 714 xidmət göstərilib, 3500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Bundan əlavə 214 avtomobil müharibə əlillərinə verilib.

Məşğulluq tədbirləri ilə bağlı 12,1 min nəfərə 12,1 min xidmət göstərilib, 7,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Məşğulluq marafonu çərçivəsində 643 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub.

Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri çərçivəsində 9,1 min nəfərə 27 min xidmət göstərilib. Postmüharibə dövründə 2954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib. Bundan əlavə Reabilitasiya Müəssisələrində 2 500 qaziyə xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı müasir protezlə təmin edilib. 1419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib və s.

Şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid Əlaqələndirmə Mərkəzlərində 41 min nəfər xidmətlə təmin olunub göstərilib. Həmin Mərkəz Azərbaycan Respublikası Prezidentinin 25.06.21 Fərmanı ilə yaradılıb. Mərkəzə 6 qurum və 33 YİH orqanı üzrə 26 xidmət daxildir.

Sosial ödənişlərdə artım, yeni sosial ödənişlərlə bağlı məlumatda bildirilib ki, 01.01.2021-ci ildən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, 01.01.2022-ci ildən müavinətlər orta hesabla 60% artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub.

Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa görə orta aylıq pensiya 75% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti