Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 121,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,86 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 119,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,84 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,79 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 119,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,62 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)