Bakı. Trend:
Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz artaraq 66,4 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Azərbaycana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 93,3 faiz artaraq 18 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 11,9 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 2,3 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 14,6 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 25 milyard dollar məbləğində polad ixrac edib.