Bakı. Trend:
Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Özbəkistana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azaldaraq 33,9 milyon dollara çatdırıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə Özbəkistana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 55,1 faiz azaldaraq 5,5 milyon dollara çatdırıb.
Qeyd edək ki , 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 11,9 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 2,3 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 14,6 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 25 milyard dollar məbləğində polad ixrac edib.