...

Hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək

İqtisadiyyat Materials 19 İyul 2022 15:36 (UTC +04:00)
Hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək

Bakı. Trend:

Azərbaycanda ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərmanda qeyd olunub.

Fərmana əsasən ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti