Bakı. Trend:
Bu ilin iyul ayında Türkiyə limanları 5 min 309 gəmi qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 463, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 min 846 olub.
2022-ci ilin yanvar-iyul aylarında Türkiyə limanları 32 min 88 gəmi
qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 21 min 800, Türkiyə bayrağı altında olan gəmilər isə 10 min 288 olub.”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyə limanları 2021-ci ildə ümumilikdə 51 199
gəmi qəbul edib.
Bunlardan 36 079-u digər ölkə bayrağı altında, 15 120-si isə
Türkiyə bayrağı altında olan gəmilərdir.