...

Qırğızıstanla Qazaxıstan arasında 6 ayda ticarət dövriyyəsinin həcmi 568 milyon dollar təşkil edib

İqtisadiyyat Materials 26 Avqust 2022 07:30 (UTC +04:00)

Bakı. Trend:

Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Nazirlər Kabinetinin sədri Akılbek Japarov və Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov arasında görüş keçirilib.

Trend xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli, o cümlədən inteqrasiya birliyi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Akılbek Japarov qeyd edib ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Qırğızıstan Respublikasına rəsmi səfəri, eləcə də Qırğızıstan-Qazaxıstan hökumətlərarası şuranın 10-cu iclası zamanı əldə olunmuş razılaşmalar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində müsbət dinamikanın əyani sübutu olub.

"2022-ci ilin 6 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 568 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur”, - Akılbek Japarov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti