...

Avropa İttifaqının maliyyə nazirləri Ukraynaya 5 milyard avro ayırmağı təsdiqləyib

İqtisadiyyat Materials 10 Sentyabr 2022 06:36 (UTC +04:00)
Avropa İttifaqının maliyyə nazirləri Ukraynaya 5 milyard avro ayırmağı təsdiqləyib

Bakı. Trend:

Aİ ölkələrinin iqtisadiyyat və maliyyə nazirləri Ukraynaya fövqəladə makromaliyyə yardımı proqramının növbəti hissəsini təsdiqləyiblər və ona əlavə 5 milyard avro güzəştli kredit almaq üçün lazım olan təminatları verməyə razılaşıblar.

Trend bunu "İnterfaks"a istinadən xəbər verir.

"Bu, Ukraynaya 9 milyard avro məbləğində təcili makromaliyyə yardımının ümumi paketinin bir hissəsidir. Birinci hissə, yəni 1 milyard avro avqustun əvvəlində ödənilib və biz bu paketin qalan məbləğini ödəməyə çalışırıq”, - deyə Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib.

O qeyd edib ki, uzun sürən hərbi əməliyyatlar səbəbindən Ukraynada iqtisadi vəziyyət kəskin şəkildə pisləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti