...

Sahibkarlıqla bağlı yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

İqtisadiyyat Materials 29 Sentyabr 2022 14:04 (UTC +04:00)
Sahibkarlıqla bağlı yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sahibkarlıqla bağlı yeni hazırlanmış qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.

Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir.

Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti