...

Azərbaycanla Latviya qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

İqtisadiyyat Materials 11 Oktyabr 2022 12:35 (UTC +04:00)
Azərbaycanla Latviya qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Latviya arasında yeni anlaşma memorandumu təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı deputatlar bildirib ki, sənəd iki ölkə arasında qeyd olunan sahədə əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Müzakirələrdən sonra anlaşma memorandumu səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti