Bakı. Trend:
Uçot dərəcəsinin artırılması ilk növbədə xarici amillərlə bağlıdır.
Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,1 dəfə, qeyri-neft ixracı 17 faiz artıb, eyni zamanda enerji ehtiyatları qiymətləri yüksəlir.
"2022-ci ilin sonunda neftin barelinin 98,9 dollar, 2023-cü ildə 85,52 dollar olacağını gözləyirik. Bu, bizə ölkənin stabil iqtisadi artımının dəstəklənməsi üçün təməl yaradır", - deyə o bildirib.