...

Azərbaycanda "3DSecure" sisteminin yenilənmiş versiyası işə salınıb

İqtisadiyyat Materials 28 Oktyabr 2022 12:48 (UTC +04:00)
Azərbaycanda "3DSecure" sisteminin yenilənmiş versiyası işə salınıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu aydan etibarən Azərbaycanda "3DSecure" ödəmələrin təsdiqlənməsinin yenilənmiş versiyası işə salınıb.

Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeni versiya modernləşdirilib və daha təhlükəsizdir.

"Yenilənmiş təsdiqləmə üsulu artıq bütün banklar tərəfindən inteqrasiya olunub. Biz ödəmələrin təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün zəruri işləri davam etdiririk". - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti