...

Azərbaycanın dövlət borcunun idarə olunması üzrə planlar açıqlanıb

İqtisadiyyat Materials 16 Noyabr 2022 20:09 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilədək Azərbaycanın dövlət borcunu ümumi daxili məhsulun 20 faizi səviyyəsində saxlamaq planlaşdırılır.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Maliyyə Nazirliyi Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi direktorunun müavini Rəşad Həsənov 3-cü Maliyyə və İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, bu müddətədək Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində qeyri-neft bazasının kəsirini ÜDM-in 17,5 faizinədək azaltmaq planlaşdırılır.

"Azərbaycanın dövlət büdcəsi əsasən Dövlət Neft Fondundan transfertlər hesabına formalaşır. Həmçinin, dövlət büdcəsinin neft sektorundan asılılığının azaldılması üzrə işlər aparılır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti