Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 17-də 93,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 90,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,8 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 91,37 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,01 dollar/barel azdır.