Bakı. Trend:
2022-ci ilin oktyabr ayında Almaniya vətəndaşları Türkiyədə 211 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 45 obyekt azdır.
Trend xəbər verir ki, TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.
Məlumata görə,2022-ci ilin yanvar-oktyabr aylarında Almaniya vətəndaşları Türkiyədə 2 min 269 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 89 obyekt azdır.
2022-ci ilin oktyabr ayında Türkiyədə 102 min 660 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz azdır. Oktyabr ayında Türkiyədə əcnəbilərə 5 min 377 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azdır.