...

“Kənddən şəhərə” yarmarkasında məhsulların qiymətləri necə dəyişir? (FOTO)

İqtisadiyyat Materials 28 Noyabr 2022 11:24 (UTC +04:00)
“Kənddən şəhərə” yarmarkasında məhsulların qiymətləri necə dəyişir? (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi 19-20 noyabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edir. “Kənddən şəhərə” brendi altında təşkil olunan yarmarkalar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilir.

Yarmarkanın necə təşkil olunmasını, əhalinin marağını, satışa çıxarılan məhsulların qiymət və keyfiyyətini öyrənmək üçün Trend-in müxbiri Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında təşkil olunan yarmarkaya baş çəkib.

Yarmarkaya maraq qənaətbəxş idi. Həmsöhbət olduğumuz alıcılar bildirdilər ki, yarmarkada qiymətlər market və dükanlardan daha ucuzdur.

Qiymətləri təqdim edirik.

Qeyd edək ki, “Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Məqalədə:
Xəbər lenti

Xəbər lenti