...

İstanbul Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

İqtisadiyyat Materials 28 Noyabr 2022 14:50 (UTC +04:00)
İstanbul Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Bakı. Trend:

2022-ci ilin oktyabr ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 82 faiz artaraq, 29 milyon 403 min 530 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 56 faiz artaraq 8 milyon 688 min 779 nəfər, beynəlxalq reyslər üzrə isə 93 faiz artaraq 20 milyon 714 min 751 nəfər təşkil edib.

Bu ilin oktyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz artaraq 1 milyon 243 min 209 ton təşkil edib. Bununla yanaşı, oktyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq, 127 min 813 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 74 faiz artaraq, 1 milyon 115 min 396 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 57 faiz artaraq, 223 min 715 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 41 faiz artaraq 65 min 115, beynəlxalq reyslər üzrə isə 64 faiz artaraq 158 min 600 olub.

2022-ci ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 137 milyon 699 min 717 nəfər, yük dövriyyəsi isə 3 milyon 5 min 299 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti