...

Rumıniya Azərbaycanla enerji layihələrinin həyata keçirilməsində maraqlıdır - səfir

İqtisadiyyat Materials 2 Dekabr 2022 00:12 (UTC +04:00)
Rumıniya Azərbaycanla enerji layihələrinin həyata keçirilməsində maraqlıdır - səfir
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində maraqlıdır.

Trend xəbər verir ki, bunu cümə axşamı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare "Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birləşməsinin 104-cü ildönümü" münasibətilə keçirilən tədbirdə deyib.

"Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş qarşılıqlı maraq doğuran böyük layihələrin həyata keçirilməsində maraqlıdırlar", - deyə səfir bildirib.

V.Soare qeyd edib ki, bu layihələrə alternativ mənbələrdən elektrik enerjisi istehsalı və təbii qazın çıxarılması daxildir.

Onun sözlərinə görə, Rumıniya dünyada Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. Səfir əlavə edib ki, ötən dövr ərzində ölkələr arasında müxtəlif sahələrdə əlaqələr fəal inkişaf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti