Bakı. Trend:
Bakı limanının genişləndirilməsinin ikinci mərhələsinin baş planı Niderlandın "Royal HaskoningDHV" şirkəti tərəfindən 2023-cü ilin ortalarınadək hazırlanacaq.
Bu barədə Trend-ə Bakı limanının baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, bir sıra mühüm layihələrin reallaşdırılması planlaşdırılır.
"Bu gün yükləri daşıma qabiliyyətimiz ildə 15 milyon ton və 100 min TEU konteynerdir. İkinci mərhələ çərçivəsində bu rəqəmlərin ildə 25 milyon tona və 500 min TEU konteynerə çatdırılması planlaşdırılır, - deyə o qeyd edib.
T.Ziyadovun sözlərinə görə, mövcud reallıqlarla əlaqədar olaraq, Azərbaycan ərazisindən yük axını xeyli artıb.
"Biz hesab edirik ki, yükdaşımaların davamlı artımı ilə əlaqədar infrastruktur və imkanların genişləndirilməsi zəruridir. Biz proqnozlaşdırırıq ki, konteynerli yüklər gələcəkdə, xüsusən də Çindən Avropaya və əksinə, əhəmiyyətli dərəcədə artacaq", - o əlavə edib.