...

Transxəzər marşrutu çərçivəsində elektron sistemlərin inteqrasiyası sürətləndirilməlidir - Taleh Ziyadov

İqtisadiyyat Materials 2 Dekabr 2022 13:39 (UTC +04:00)
Transxəzər marşrutu çərçivəsində elektron sistemlərin inteqrasiyası sürətləndirilməlidir - Taleh Ziyadov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçı ölkələri yükdaşımaların rəqəmsallaşdırılması üçün elektron sistemlərin inteqrasiyasını sürətləndirməlidir.

Trend -in məlumatına görə, bunu cümə günü jurnalistlərə Bakı Limanının baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, yükdaşımalar elə təşkil edilməlidir ki, sərhəd keçidi mümkün qədər sadələşsin.

“Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan, Türkmənistan, Özbəkistan vahid strategiya çərçivəsində sənəd dövriyyəsinin rəqəmsallaşdırılması və öz sistemlərinin inteqrasiyası üzərində işləyirlər”, - deyə T.Ziyadov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti