...

Avtomobillərlə bağlı bu xidmət artıq elektronlaşdırılıb - DKG

İqtisadiyyat Materials 13 Dekabr 2022 11:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avtomobillərə Avro-4 standartı verilməsi prosesi artıq elektronlaşdırılıb. Gələcəkdə minik avtomobillərinin də bəyan etdirilməsini elektron qaydada tətbiq etməyi düşünürük. Vacib deyil ki, avtomobil gömrük məntəqəsinə gətirilsin. Bunun da üzərində iş aparılır.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.

O əlavə edib ki, gömrük üzrə ekspertizanın elektron qaydada aparılmasına başlanılıb.

“Ekspertizaya göndərilən malların rəyi onlayn veriləcək. Bu qayda gömrük prosedurunu asanlaşdıracaq”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti