...

Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

İqtisadiyyat Materials 13 Dekabr 2022 12:52 (UTC +04:00)
Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Bakı. Trend:

2022-ci ilin noyabr ayındaTürkiyənin Muğla şəhərində yerləşən Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1 dəfə artaraq, 4 milyon 544 min 965 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 24 faiz artaraq 1 milyon 663 min 665 nəfər, beynəlxalq reyslər üzrə isə 2,1 dəfə artaraq 2 milyon 881 min 300 nəfər təşkil edib.

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,37 dəfə artaraq 55 min 771 ton təşkil edib. Bununla yanaşı, noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 14 min 121 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2,79 dəfə artaraq, 41 min 649 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz artaraq, 41 min 979 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 8 faiz azalaraq 21 min 420, beynəlxalq reyslər üzrə isə 1,76 artaraq 20 min 559 olub.

2022-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 169 milyon 74 min 811 nəfər, yük dövriyyəsi isə 3 milyon 699 min 811 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti