...

Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun maliyyə alətləri yaradılır - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 28 Dekabr 2022 12:29 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun maliyyə alətləri yaradılır - Mikayıl Cabbarov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biznesin İnkişafı Fondu 2023-cü ildə yeni alətlərin ərsəyə gətirilməsini qarşısına məqsəd qoyur.

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdimat mərasimində deyib.

Nazirin sözlərinə görə, fond vasitəsilə həm dəstək tədbirlərinin, həm də qrant alətlərinin həyata keçirilməsi nəzərdə tutulur.

"İndiyədək əsas alətimiz Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi olub. Fond minlərlə layihəni əhatə edir, lakin onun bir alətlə işləməsi bu günün tələbini ödəmir. Bu baxımdan biz Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra maliyyə aləti ərsəyə gətirəcəyik. Bununla bağlı, gələn ilin birinci rübündə təqdimat keçirəcəyik", - deyə o bildirib.

M.Cabbarov əlavə edib ki, bu il Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə olaraq 3 milyard dolları ötəcək.

"Koronavirus (COVID-19) pandemiyasından sonra müsbət dinamikaya nail olmuşuq. Ölkə iqtisadiyyatı keçən il 5,4 % artıb, bu il oxşar rəqəmlərlə 4,8 % olub. Bu il 15 milyard manatdan çox vergi mədaxilini dekabrın 15-nə təmin etmişik”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti