Bakı. Trend:
Azərbaycan Dövlət Gömrük Komitəsi “Şəxsi hesab vərəqəsi” (“Şəxsi kabinet”) adlı yeni elektron xidmət üçün mobil proqram hazırlayacaq.
Trend -in çərşənbə günü verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariel Alverdiyev "Şəxsi hesab vərəqəsi" xidmətinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, bu platformada ödəniş prosesi real vaxt rejimində həyata keçirilir və həmçinin əməliyyatların tarixini izləməyə imkan verir.
"Qeyd edim ki, 50 yerli şirkət artıq bu platformanın sınaqdan keçirilməsinə başlayıb. Bu xidmət üçün mobil proqram hazırlanır. Bundan əlavə, bu xidmət sahibkara borc və ya gömrük xidmətinin ödənilməsi zərurəti barədə məlumat verə bilər", - o deyib.