...

"Xəzər Beşliyi" çərçivəsində əməkdaşlıq xüsusi rol oynayır - Volodin

İqtisadiyyat Materials 30 Yanvar 2023 15:30 (UTC +04:00)
"Xəzər Beşliyi" çərçivəsində əməkdaşlıq xüsusi rol oynayır - Volodin

Bakı. Trend:

Rusiya "Xəzər beşliyi"nin parlament nümayəndələrinin iştirakı ilə konfransın növbəli şəkildə hər bir ölkədə keçirilməsini nəzərdə tutur.

Trend-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Türkmənistan Məclisində (parlamentdə) çıxışı zamanı deyib.

"Xəzər dənizinin geosiyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, "Xəzər beşliyi" (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran) çərçivəsində əməkdaşlıq bu gün xüsusi rol oynayır. Beş dövlətin başçısının nail olduğu razılaşmaların praktiki reallaşması "Xəzər beşliyi"nin parlament mühitinin formalaşmasına imkan yaradacaq", - Duma sədri deyib.

"Xəzəryanı ölkələrin parlament sədrlərinin iştirakı ilə konfransın növbəli şəkildə hər bir ölkədə keçirilməsini nəzərdə tuturuq", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti