Bakı. Trend:
"Azərbaycan Hava Yolları" QSC – AZAL Avropanın məşhur istiqamətinə - Barselonaya reysləri bərpa edir.
Trend-in xəbərinə görə, bu barədə QSC-nin fesybukdakı rəsmi hesabında məlumat verilir. ⠀
“Ən böyük turizm şəhərlərindən birinə ilk uçuşumuz mayın 2-nə planlaşdırılıb. Barselonaya uçuşlar həftədə iki dəfə, çərşənbə axşamı və bazar günü həyata keçiriləcək. Biletlər artıq www.azal.az saytında və mobil tətbiqində mövcuddur”, - deyə paylaşımda bildirilir.