...

Əsas məqsədlərimizdən biri azad edilmiş ərazilərin dəyər zəncirinə inteqrasiyasıdır - İlhamə Qədimova (FOTO)

İqtisadiyyat Materials 1 Fevral 2023 10:33 (UTC +04:00)
Əsas məqsədlərimizdən biri azad edilmiş ərazilərin dəyər zəncirinə inteqrasiyasıdır - İlhamə Qədimova (FOTO)

Bakı. Trend:

İşğal altında olan torpaqlarımızın azad edilməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün imkanlar yaradıb.

Trend-in məlumatına görə, bunu bu gün kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 2-ci Aqrobiznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, bölgənin münbit torpaqları taxıl, tərəvəz və meyvə istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək:

"Hazırda azad olunmuş ərazilərdə həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişafına da dəstək olacaq. Aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu baxımdan qarşıdakı illər üçün əsas məqsədlərimizdən biri də məhz işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti