...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 7 Fevral 2023 09:55 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 6-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,45 dollar ucuzlaşaraq 82,6 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,43 dollar ucuzlaşaraq 80,82 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,75 dollar ucuzlaşaraq 42,96 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti fevralın 6-da 1,02 dollar ucuzlaşaraq 79,60 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti