...

Horadiz - Ağbənd dəmir yolunun layihələndirilməsi üzrə işlərin 80 faizi tamamlanıb

İqtisadiyyat Materials 20 Fevral 2023 15:20 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Zəngilan. Trend:

Horadiz - Ağbənd dəmir yolunun layihələndirilməsi üzrə işlərin 80%-i, tikinti üzrə işlərin isə təqribən 40%-i tamamlanıb.

Bu barədə bu gün Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət şöbəsinin rəisi Tural Abbaslı Horadiz-Ağbənd dəmir yolunun tikintisinə həsr olunmuş mediaturda deyib.

Onun sözlərinə görə, tikinti işləri üç mərhələdə aparılır.

"Birinci mərhələ 90 faiz tamamlanıb. Biz ikinci mərhələyə başlamışıq. İkinci mərhələ üzrə tikinti işlərinin 30%-i tamamlanıb. 2024-cü ilin ortalarınadək Horadiz-Ağbənd dəmir yolunun inşasını tam bitirəcəyik", - o əlavə edib.

Qeyd edək ki, bu dəmir yolunun tikintisi 13 mart 2021-ci il tarixində başladılıb. Onun uzunluğu 110,4 km təşkil edir. Layihəyə əsasən, doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd) inşası nəzərdə tutulub. Yolda, həmçinin, 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Tikinti üç mərhələdə tamamlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti