...

"İnvestor xəritəsi" layihəsi Azərbaycana üzərinə götürdüyü öhdəliklərin icrasında yüksək nəticələr əldə etməsinə imkan verəcək

İqtisadiyyat Materials 9 Mart 2023 12:52 (UTC +04:00)
"İnvestor xəritəsi" layihəsi Azərbaycana üzərinə götürdüyü öhdəliklərin icrasında yüksək nəticələr əldə etməsinə imkan verəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"İnvestor xəritəsi" layihəsi Azərbaycana üzərinə götürdüyü öhdəliklərin icrasında yüksək nəticələr əldə etməsinə imkan verəcək.

Trend-in məlumatına görə, bu barədə İstanbul Beynəlxalq Siyasət Mərkəzinin direktor müavini Gülçin Salınqan Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsi üçün "İnvestor xəritəsi"nin təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırlanmış "investorun xəritəsi" ölkənin hədəflərinə, habelə BMT-nin tələblərinə tam uyğun gəlir.

"Azərbaycana bu xəritənin hazırlanmasında köməklik göstərməkdən məmnunuq, çünki burada Türkiyə, Mərakeş və digər ölkələrin praktikası və təcrübəsindən istifadə olunub. Biz Azərbaycanla maliyyə sektorunun inkişafı, dünyada aparıcı bankçılıq olan islam bankçılığı vasitələrinin ölkədə tətbiqi üzrə , həmçinin bir sıra digər layihələr çərçivəsində işləməyə davam edirik" - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti