...

Azərbaycanda "İnvestor xəritəsi"nin hazırlanması üzrə işlərin nə zaman bitəcəyi açıqlanıb

İqtisadiyyat Materials 9 Mart 2023 12:55 (UTC +04:00)
Azərbaycanda "İnvestor xəritəsi"nin hazırlanması üzrə işlərin nə zaman bitəcəyi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsi üçün "İnvestor xəritəsi"nin hazırlanması üzrə işlərin cari ilin noyabrınadək tamamlanması planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsi üçün "İnvestor xəritəsi"nin təqdimatında deyib.

Onun sözlərinə görə, bu hadisə ilə bağlı dayanıqlı investisiya inkişafı üzrə ikinci forumun keçirilməsi planlaşdırılır.

"Qeyd etmək istəyirəm ki, biz "İnvestor xəritəsi" layihəsini istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənardakı BMTİP mütəxəssisləri ilə birgə həyata keçirməkdəyik. Noyabr ayında keçiriləcək forumda layihənin əldə olunmuş məqsədləri və bütünlükdə DİM-in əldə olunması üzrə götürülən öhdəliklər haqqında ətraflı məlumatı paylaşacağıq", - H.Hüseynov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti