...

Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində artım gözlənilir

İqtisadiyyat Materials 9 Mart 2023 14:57 (UTC +04:00)
Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində artım gözlənilir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Ortamüddətli və uzunmüddətli perspektivdə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsində artım gözlənilir.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsi üçün "İnvestor xəritəsi"nin təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanın İqtisadiyyat və Maliyyə Nazirlikləri DİM-in reallaşdırılması üçün dövlət büdcəsindən ayrılmalı vəsaitlərin həcmini öyrənir.

"Qeyd edim ki, Azərbaycan DİM çərçivəsində 17 məqsədin əldə olunmasını qarşısına hədəf olaraq qoyub. Bu məqsədlər çərçivəsində həmçinin dövlət-özəl sektor tərəfdaşlığının prioritet sektorları müəyyən ediləcək. Burada xüsusən kənd təsərrüfatı və turizm sektorlarından bəhs etmək olar", - o deyib.

H.Hüseynov cari ildə dövlətlə özəl sektor arasında 30 G2B görüşlərinin keçirilməsinin planlaşdırıldığını deyib.

"G2B tərəfdaşlığında prioritet sektorlarımız var ki, bunlar da xüsusən yaşıl texnologiyalar və təmiz enerjinin hasil olunması, rəqəmsal transformasiyalar və bank sektoru sahəsindədir", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti