...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 12 Aprel 2023 10:13 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 11-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 0,47 dollar ucuzlaşaraq 88,44 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,35 dollar ucuzlaşaraq 86,46 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,46 dollar ucuzlaşaraq 55,71 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti aprelin 11-də 0,09 dollar ucuzlaşaraq 86,08 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti