...

EÜAŞ şirkəti mədəncilik sahəsi üzrə Türkiyədə layihələr həyata keçirəcək

İqtisadiyyat Materials 14 Aprel 2023 16:18 (UTC +04:00)
EÜAŞ şirkəti mədəncilik sahəsi üzrə Türkiyədə layihələr həyata keçirəcək

Bakı. Trend:

2023-cü ildə Türkiyənin EÜAŞ GN. MD. şirkəti mədəncilik sahəsi üzrə ölkədə 3 layihə həyata keçirəcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 30 milyard lirədir.

“Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə enerji sahəsində 47 layihə həyata keçiriləcək.

Nəzərdə tutulan layihələrin ümumi dəyəri 78,9 milyard lirədir.

Bu il üçün nəzərdə tutulan layihələrin hamısı dövlət hesabına həyata keçiriləcək.

Məlumatda qeyd olunub ki, keçən il Türkiyədə enerji sahəsində olan layihələrə ümimilikdə 79,7 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 12,3 milayrd lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti