Bakı. Trend:
"Caspian Agro" sərgisinin iştirakçılarının sayı 30% artıb.
Trend çərşənbə günü xəbər verir ki, bunu "Caspian Event Organization"un direktoru Fərid Məmmədov "Caspian Agro" 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin və "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, qida sənayesi sərgisində 17 ölkədən 160-dan çox şirkət iştirak edir.
"Sərgidə ərzaq, içki, texnologiyalar, kənd təsərrüfatı məhsulları istehsalının rəqəmsallaşması kimi sektorlardan şirkətlər öz məhsullarını nümayiş etdirirlər", - o deyib.
F.Məmmədov, həmçinin sərgidə iki mindən çox xarici sahibkarın iştirak etdiyini qeyd edib.
Qeyd edək ki, 17-19 may tarixlərində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi, "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi və 14-cü Azərbaycan Beynəlxalq Mehmanxana-Restoran Biznesi sərgisi keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)