...

Bakı Enerji Həftəsi işə başlayıb (FOTOREPORTAJ)

İqtisadiyyat Materials 31 May 2023 11:41 (UTC +04:00)
Bakı Enerji Həftəsi işə başlayıb (FOTOREPORTAJ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı. Trend:

Mayın 31-dən iyunun 3-dək Azərbaycanın paytaxtı üç mötəbər tədbiri bir brend altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir.

Trend-in məlumatına görə, Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri və 28-ci Bakı Enerji Forumu keçirilir.

Bakı Enerji Həftəsi ənənəvi olaraq Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə təşkil edilib.

Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə dünyanın 37 ölkəsindən 326 şirkət iştirakını təsdiqləyib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Vyetnam, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə və digər ölkələr də iştirak edəcək. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə Bakı Konqres Mərkəzində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti