...

Moldova və Azərbaycan enerji sektorunda uzunmüddətli əməkdaşlıq qura bilər - Dövlət Katibi

İqtisadiyyat Materials 1 İyun 2023 15:17 (UTC +04:00)
Moldova və Azərbaycan enerji sektorunda uzunmüddətli əməkdaşlıq qura bilər - Dövlət Katibi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova və Azərbaycan enerji sektorunda uzunmüddətli əməkdaşlıq qura bilər.

Bunu Trend-ə eksklüziv müsahibəsində Bakı Enerji Həftəsində iştirak edən Moldova Respublikası Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan deyib.

"Enerji təhlükəsizliyini gücləndirmək üçün biz hamımız üç əsas elementə arxalanmalıyıq. Bunlardan biri də infrastrukturun, dövlətlərarası əlaqələrin qurulmasıdır. Moldovanın Cənub Qaz Dəhlizi ilə əlaqəsi var. Deməli, infrastruktur artıq mövcuddur. İkinci element əməkdaşlıqdır. Ölkələr arasında əməkdaşlıq platformalarının olması çox vacibdir. Üçüncüsü isə tərəfdaşların bir-birinə etibarıdır. Onlara əsaslanaraq biz Moldova ilə Azərbaycan arasında daha da etibarlı, yaxşı, uzunmüddətli əlaqələr qura bilərik. Dünən Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub.

Məhz bu gün Avropa Siyasi Birliyinin ikinci zirvə toplantısında enerji məsələsi gündəmdədir. İnanırıq ki, gələcəkdə əməkdaşlığı gücləndirmək olar”, - deyə K.Borosan əlavə edib.

Konstantin Borosan xatırladıb ki, ötən il Azərbaycan-Moldova hökumətlərarası komissiyasının növbəti iclası keçirilib və onun çərçivəsində ayrıca fəsildə xüsusi olaraq enerji sahəsində əməkdaşlığa toxunulub.

“Bu, bərpa olunan enerji, enerji səmərəliliyi, enerji bazarlarının tənzimlənməsi, eləcə də mədən təbii ehtiyatları sahəsini əhatə edir. Ötən ilin dekabrında Buxarestdə Azərbaycan və Rumıniyanı birləşdirəcək sualtı kabel xəttinin tikintisinə dair memorandum imzalanıb.Hər iki ölkə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində çox mühüm rol oynayır. Moldova isə qonşu ölkə kimi Rumıniya ilə elektrik enerjisi təchizatı üçün interkonnektora malikdir. Bu layihə bütün regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək”, - dövlət katibi bildirib.

O qeyd edib ki, Bakı Enerji Həftəsi dövlətlər, hökumətlər və biznes strukturları arasında əməkdaşlığın, uzunmüddətli əlaqələrin qurulması üçün çox yaxşı platformadır.

“Biz çox şadıq ki, bu, Bakı Enerji Həftəsi çərçivəsində mümkündür”, - deyə o, yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti