...

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxış qapısıdır - Cefri Pyatt

İqtisadiyyat Materials 1 İyun 2023 18:47 (UTC +04:00)
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxış qapısıdır.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt keçirdiyi brifinqdə deyib.

“Biz əsas neft və qaz istehsalçısı kimi unikal rol oynayan - çox mürəkkəb coğrafiyada yerləşən Mərkəzi Asiya ölkələri üçün bariz "qapı" olan Azərbaycanla enerji tərəfdaşlığını qoruyub saxlamaqda qərarlıyıq. Çünki bunlar strateji əhəmiyyət kəsb edən enerji əlaqələridir”, - deyə o bildirib.

Pyatt əlavə edib ki, Cənub Qaz Dəhlizi Avropaya qaz tədarükünün təmin edilməsində strateji əhəmiyyətli rol oynayır.

“Yunanıstanda səfir olanda azərbaycanlı həmkarımla sıx əməkdaşlıq etmək imkanım olub. Biz CQD boru kəmərinin sonuncu hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) üçün yekun təsdiqlər üzərində işləyirdik. Çox məhsuldar əməkdaşlıq oldu. Əgər bu kəmər olmasaydı, Cənub-Şərqi Avropa daha çətin vəziyyətdə olardı” - dövlət katibinin köməkçisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti