Bakı. Trend:
Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsnin bu gün keçirilən iclasında müzakirə edilən “Mərkəzi Bank haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.
Hazırda isə Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.