...

Yanvar-may aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

İqtisadiyyat Materials 16 İyun 2023 16:35 (UTC +04:00)

Bakı. Trend:

2023-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 336 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 43 obyekt azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 336 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 181 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyədə 113 min 276 mənzil satın alınıb ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 7,7 faiz azdır.

Məlumata görə,2023-cü ilin yanvar-may aylarında Türkiyədə 482 min 143 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin may ayında Türkiyədə xarici vətəndaşlara 3 min 167 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz azdır.

Eyni ilin yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 16 min 650 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti