...

Gəncə avtomobil zavodunda traktor yığımı artıb

İqtisadiyyat Materials 11 İyul 2023 11:15 (UTC +04:00)
Gəncə avtomobil zavodunda traktor yığımı artıb

Bakı. Trend:

Gəncə avtomobil zavodu İB-də bu ilin 6 ayı ərzində traktor istehsalı ötən ilin müvafiq dövrünə nisbətdə 60% artıb.

Trend xəbər verir ki, bu barədə məlumatı birliyin mətbuat katibi Məqsəd Rəhimov verib.

Onun sözlərinə görə 2022-ci ilin ilk 6 ayı ərzində traktorun istehsal rəqəmi 230 idisə, 2023-ci ildə bu rəqəm 364 təşkil edib. M.Rəhimiov onu da əlavə edib ki, 2023-ci ilin 6 ayı ərzində Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 147 KAMAZ, 50 ədəd konbayn və 18 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb. Ümumilikdə müəssisədə bu günə kimi 13 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktor, 2908 MAZ, 668 KAMAZ, 591 URAL, 6 ədəd MAZ avtobusu, 4 ədəd elektrobus, 879 traktor qoşqusu, 301 ədəd MAZ qoşqusu yığılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti