...

Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 İyul 2023 11:32 (UTC +04:00)
Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 243,6 milyon manat kredit verilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu, ötən illin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5 % artaraq 211,8 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 7,7 % artaraq 140 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 43,8 milyon manata düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti