Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 006,9 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,8% çoxdur.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən Trend-ə verilən məlumata görə, təkcə bu ilin iyul ayında Azərbaycandan 233,55 mln. ABŞ dollarlından çox qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,5% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 12,3% artaraq 3 mlrd. ABŞ dollarını ötüb.