...

Yeni tikili binalarda sayğaclara görə ödəniş tələbi ilə bağlı neçə müraciət olub?

İqtisadiyyat Materials 23 Avqust 2023 16:14 (UTC +04:00)
Yeni tikili binalarda sayğaclara görə ödəniş tələbi ilə bağlı neçə müraciət olub?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılmasına görə ödənişin tələb edilməsi ilə bağlı 67 müraciət daxil olub.

Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.

Dövr ərzində Dövlət Xidməti ümumilikdə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı 442 vətəndaş müraciəti qəbul edib.

Bunlardan 152-si qaz təchizatı, 65-i elektrik təchizatı, 7-si istilik təchizatı, 58-i su təchizatı, 44-ü telefon rabitəsi və internet xidmətləri, 4-ü poçt rabitəsi, 2-si dəmiryol nəqliyyatı, 9-u hava yolu nəqliyyatı, 34-ü isə digər sahələrdə olub.

Müraciətlərə baxılması nəticəsində 101 326 manat vəsait istehlakçılara geri ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti