Bakı. Trend:
Naxçıvanda vergi ödəyicilərinin sayı artıb.
Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 min yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb.